Yanğının söndürülməsinə helikopter də cəlb olundu - VİDEO

08:35 12.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in aviadəstəsinin helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.

08:18

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

08:00

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın hadisəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hafta.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətinin məlumatında bildirilir.

Yanğınla mübarizə tədbirləri görülür.